Qərbi Azərbaycanda azərbaycanlıların izləri yox edilir

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib ki, əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır.

Dövlət başçısı vurğulayıb ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …