ETTELAAT İdarəsinə bağlı millət vəkili iş axtaran bir neçə məlikanlı qıza təcavüz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin ETTELAAT İdarəsinə bağlı olan və Azərbaycan Milli Hərəkatına böyük zərbələr vuran, ejimin sifarişi ilə Güney Azərbaycanın Məlikan (Məlik kəndi) şəhərindən millət vəkili seçilmiş Salman Xudadadi iş axtaran bir neçə qıza təcavüz edib.

İrqçi fars rejiminə bağlı olan Salman Xudadadi rejim tərəfindən millət vəkili seçilmədən öncə Məlikan “Sepah”-nin komandiri, Ərdəbil ETTELAAT Şöbəsinin rəisi, Şərqi Azərbaycan ETTELAAT İdarəsinin rəis müavini və s. kimi həssas postlarda çalışıb. Rejimə bağlı bu manqurt keçmiş illərdə Azərbaycan Milli Hərəkatı fəallarına qarşı müxtəlif yollarla təzyiqlər göstərmiş, milli hərəkata böyük zərbə vurmuşdur.

İrqçi fars rejiminin ETTELAAT İdarəsinə bağlı olan Salman Xudadadi Z.N adlı 28 yaşlı məlikanlı qızı iş vədi ilə güc tətbiq edərək zorlayıb. O atasını itirmiş həmin qızı hədələmiş və demişdir ki, bu barədə kimsəyə heç nə deməsin. Rejimə bağlı bu manqurdun daha bir neçə imkansız qıza təcavüz etdiyi bildirilir.

 

 

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın