Cümə axşamı , Oktyabr 15 2026
azfa

Mürtəza Pərvin: Məni gecə Böyük Tehran zindanına köçürüblər

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və siyasi məhbus Morteza Pərvin yaxınları ilə telefon əlaqəsi zamanı Evin həbsxanasından Böyük Tehran həbsxanasına köçürüldüyünü deyib.

Murtəza Pərvinin yaxınlarının verdiyi məlumata görə, məhbus rəssam Mürtəza Pərvin digər siyasi məhbuslarla birlikdə Evin zindanının 4-cü palatasından Böyük Tehran zindanına köçürülüb.

Mürtəza Pərvinin zəng zamanı verdiyi məlumata görə,  Böyük Tehran həbsxanasında məhbus sayı həddən çox olduğuna görə yer çatışmır. O, köçürülmə zamanı məhbuslara şəxsi əşyalarını götürməyə icazə verilmədiyini bildirib.

Qeyd edək ki, Mürtəza Pərvin 2024-ci il fevralın 17-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasına salınıb. 2024-cü il may ayının sonlarında o, hakim Əbulqasim Sələvatinin sədrliyi ilə keçirilən Tehran İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” və “rəhbərliyi təhqir etmək” kimi ittihamlarla mühakimə olunub və 6 il həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …