Şənbə , Avqust 29 2026
azfa

İrana qarşı ağır sanksiyaların bərpasının vaxtı çatıb

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barron “Lomond”a müsahibəsində deyib ki, İran nüvə proqramını məhdudlaşdırması ilə bağlı əməkdaşlıq etməsə, üç Avropa ölkəsi tətik mexanizmini işə salmağa hazırdır.

“Fransa, Almaniya və Britaniya İslam Respublikasındakı böhranı həll etmək üçün çox güclü təsir rıçaqlarına malikdir”,- nazir bildirib.

O, İran hökumətinə xəbərdarlıq edib və bildirib ki, 10 il əvvəl dayandırılmış embarqonu yenidən tətbiq edə bilərlər:

“Bircə rəsmi məktub göndərməklə İranın silah, nüvə avadanlıqları, banklar və sığorta şirkətlərinə dair beynəlxalq embarqonu bərpa edə bilərik”.

Həmçinin dünən İsrailin xarici işlər naziri Gideon Saar Estoniyanın paytaxtı Tallinndə keçirilən mətbuat konfransında deyib: “Bu gün İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırdığını açıqlayıb. Beynəlxalq ictimaiyyət İranın yaratdığı nüvə təhlükəsinə qarşı təcili tədbirlər görməlidir”.

O, “Birgə Hərtərəfli Fəaliyyət Planı”na üzvü olan Avropa ölkələrinə səslənərək bildirib: “İndi Almaniya, Fransa və Böyük Britaniyanın İrana qarşı sanksiyaların geri qaytarılması mexanizmini işə salmasının vaxtıdır”. Onun sözlərinə görə, “bu müharibə yalnız İsrailin müharibəsi deyil. Bu, azad dünya ilə İranın terror oxu arasında dünya müharibəsidir”.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …