İran “S-400 Trimuf” raket kompleksini sınaqdan keçirib

GADTB: BRICS News-un məlumatına görə, İran Rusiya istehsalı olan qabaqcıl S-400 Triumf hava hücumundan müdafiə sistemini alıb və ilk sınağını dünən İsfahan yaxınlığında keçirib. Sınaq zamanı bölgədə bir neçə partlayış səsləri eşidilib.

İran Müdafiə Nazirliyi sınaqla bağlı rəsmi açıqlama yaymayıb, video görüntülər də təqdim edilməyib.

Son günlərdə Rusiyadan İrana bir neçə hərbi yük daşınması həyata keçirilib, ancaq onların mahiyyəti açıqlanmayıb.

S-400 sistemi ballistik raketləri, habelə gizli qırıcıları məhv etmək qabiliyyəti ilə İranın əvvəlki müdafiə sistemləri – S-300 və yerli istehsal olan Bavər 373-dən texniki baxımdan üstün sayılır.

Ekspertlər bu addımı İranın müdafiə qabiliyyətini artırmaq və regional təhlükələrə qarşı hazırlığını gücləndirmək cəhdi kimi qiymətləndirirlər. /Azad İran

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …