Cümə axşamı , Oktyabr 15 2026
azfa

Gərçək zindanında qadın məhbuslar edam və zorakılığa etiraz edir

GADTB: Vəramindəki Gərçək zindanında qadın siyasi məhbuslar aksiya keçirərək son günlərdə İranda artan edam dalğasına və həbsxanalarda baş verən zorakılıqlara etirazlarını bildiriblər.

Etiraz aksiyası dünən səhər saatlarında edam edilən iki siyasi məhbus – Mehdi Həsəni və Bəhruz Ehsaninin xatirəsinə həsr olunub. Qadın məhbuslar həbsxananın dəhlizində “Ölüm hökmü ləğv olunana qədər ayaqda qalacağıq!”, “Diktatora ölüm!” və s. şüarlarla İran hakimiyyətinin repressiv siyasətinə qarşı narazılıqlarını dilə gətiriblər.

Məhbuslar “Çərşənbə axşamları edama yox” kampaniyasını da dəstəklədiklərini açıqlayaraq, beynəlxalq insan haqları təşkilatlarını bu zorakılıq qarşısında səssiz qalmamağa çağırıblar.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …