Cümə axşamı , Aprel 30 2026
azfa

Türkiyədən ABŞ-ın silah ambarqosuna cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın Türkiyəyə silah satışını qadağan edən qanun layihəsindən danışarkən deyib ki, ABŞ-ın bu təşəbbüsü üzücüdür və strateji tərəfdaşlıq ruhuna ziddir.

Yıldırım Türkiyənin başqa alternativlərinin olduğunu bildirib.

Qeyd edək ki, Pentaqonun büdcəsinin müəyyənləşməsindən sonra ABŞ Konqresində Milli Müdafiə haqqında qanun layihəsi təsdiqlənib. Qanun layihəsinin Türkiyə ilə bağlı hissəsinə “Patriot” hava hücumundan müdafiə sistemlərinin, “Çaynuk” tipli ağır nəqliyyat, “AH-1 Kobra”, “H-60 Black Havk” tipli hücum helikopterlərinin, F-35 və F-16 hərbi təyyarələrin Türkiyəyə satılmasını qadağan edən xüsusi maddə əlavə olunub. Müdafiə nazirinin 60 gün ərzində xarici işlər naziri ilə məsləhətləşərək layihəni Konqresə təqdim etməsi qərarlaşdırılıb. Qanun daha sonra təsdiqlənməsi üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

Hesabat tamamlanmadan hər hansı silahın Türkiyəyə satışına icazə verilməməsi də qanunda qeyd olunub.

bildirək ki, may ayında ABŞ Nümayəndələr Palatasında qəbul edilən Milli Müdafiə Təqdimatı Aktına əsasən, F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasına qərar verilmişdi.

 

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın