Cümə axşamı , Oktyabr 29 2026
azfa

Molla rejiminə bağlı alim Xəzər dənizinin adını bəyənmədi

GADTB: Molla rejiminə bağlı alim, Tehran Universitetinin professoru, arxeoloq doktor Həsən Fazili müsahibəsində Xəzər dənizinin adını bəyənmədiyini söyləyib və insanlardan “Xəzər” adını işlətməməyi istəyib.

Tehran Universitetinin professoru bu anti-türk fikirlərinə don geyindirmək üçün dənizə “Xəzər” adının verilməsinin yəhudilər tərəfindən həyata keçirildiyini iddia edib.

İran rejimi rəsmiləri illərdir ki, “Xəzər dənizi” adını “Dərya Mazandaran” kimi uydurma adlarla əvəz etməyə çalışırlar.

Xatırladaq ki, “İran millətçiliyi” pərdəsi altında təqdim edilən antitürkçülük və fars irqçiliyi İranda son yüz ildə institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farsların dil təzyiqinə, aşağılanmasına, irqçi təhqirlərinə məruz qalıb. İran hökuməti də sistemli şəkildə irqçiliyi cəmiyyətə aşılayır. İran dərsliklərində, mediasında, rəsmi mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir.

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …