Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Vilayəti Azərbaycana qarşı yenidən paylaşım etdi

GADTB: İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti tarixi faktları təhrif edərək, Qafqaz İranın təhlükəsizlik kəməri adlandırdı.

Vilayəti X sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

Vilayəti Qafqaz bölgəsinin İran üçün qədimdən bəri böyük əhəmiyyət daşıdığını bildirib.

Vilayəti Qurani-Kərimdə haqqında təriflə danışılan Zülqərneynin, böyük təfsir alimi Allamə Təbətəbainin də vurğuladığı kimi, Böyük Kir (Kuroş) olduğu fikrinə işarə edib edərək Herodotun yazısına istinadla bildirib:

“Kuroş dövründən etibarən Qafqaz İranın təhlükəsizlik kəməri olub. Onlar bu bölgədə barbar tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd inşa edib”.

Qeyd edək ki, nə həmin dövrdə bugünkü İran ərazisi İran adlandırdı, nə də yəhudi haxamların hakimiyyətə gətirdiyi haxamneş hakimi Kuroş indi fars adlanan əslində tacik etnosuna xas sərkərdə olub.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …