Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Avstraliya İran səfirini ölkədən çıxarır

GADTB: Avstraliya molla rejimin səfirini ölkədən çıxarır.

Avstraliya İranı Melburndakı sinaqoqa və Sidneydəki İsrail restoranına edilən hücumlarda əli olmaqda ittiham edərək, ölkədəki İran səfirini persona non grata (arzuolunmaz şəxs) elan edib.

Baş nazirin sözlərinə görə, Avstraliyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı İran hökumətinin bu hücumları birbaşa yönləndirdiyini və ölkə ərazisində digər oxşar hücumların da təşkilinə cəhd edə biləcəyini qiymətləndirir.

“Bu, Avstraliyada xarici bir güc tərəfindən təşkil edilmiş misli görünməmiş və təhlükəli təcavüz aktlarıdır”, – deyə Albaneze vurğulayıb.

Qərara əsasən, İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi ölkədən çıxarılacaq. Eyni zamanda, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti də müvəqqəti olaraq dayandırılacaq.

Hadisəyə münasibət bildirən ölkənin daxili işlər naziri Kler Burke isə əlavə edib ki, SEPAH tezliklə terror təşkilatları siyahısına daxil ediləcək.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …