Şənbə , Avqust 29 2026
azfa

Xəzərdə su azalır, limanlara gəmilərin qəbulu çətinləşir…

GADTB: Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir.

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY Azərbaycan 2025″in bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:

“Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, canlıların məhv olmasına, adaların yaranmasına səbəb olur. Eyni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır”.

“Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir”.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …