
GADTB: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində və Amerika Yəhudi İcmasının tədbirində iştirak edib.
Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər və qlobal təsirə malik olan sülh gündəliyi barədə müzakirələr aparıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi