
GADTB: İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi Qahirədə İran xarici işlər naziri Abbas Əraqçı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi arasında imzalanan sazişlə bağlı açıqlama verib.
Bəyanatda qeyd olunur ki, İranın nüvə obyektlərinə qarşı hər hansı düşmənçilik addımı, o cümlədən BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrinin bərpası halında razılaşmaların icrası dərhal dayandırılacaq.
Şura vurğulayıb ki:
• Razılaşmaların mətni Nüvə Komitəsinin təsdiq etdiyi sənədlə eynidir;
• Agentliyə təqdim olunacaq hesabatlar yalnız Şuranın təsdiqi ilə göndəriləcək;
• Əməkdaşlığın həyata keçirilməsi mexanizmləri Şura tərəfindən müəyyən ediləcək.
Açıqlamada, habelə, bildirilib ki, İran və AEBA yeni əməkdaşlıq çərçivəsində nüvə obyektlərinin qorunması və hərbi təhdidlərə qarşı birgə fəaliyyət göstərəcək. / Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi