
GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı körpəyə Əlihan adına doğum şəhadətnaməsi vermir.
Molla rejimin Tufarqandakı (Azərşəhr) Vətəndaşlıq Qeydiyyatı İdarəsi Əlihan adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Azərbaycanlı körpənin atası Əkbər Xodami Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz 2025-ci il iyulun 15-də anadan olub və biz ona Əlihan adını seçmişik. Ancaq Azərşəhr Vətəndaşlıq Dairəsi bu adın qadağan olduğunu bildirib və bu adı qeydiyyata almaq üçün məhkəmə qərarı almalı olduğumuzu bildirib. Biz də məcbur qalıb məsələ ilə bağlı məhkəməyə müraciət etdik. Qanuna görə, Sülh Məhkəməsi bu məsələnin həllinə cavabdeh olsa da, Azərşəhr Sülh Məhkəməsi bəyan edib ki, müvafiq məsələ Sülh Məhkəməsinin yurisdiksiyasından kənardadır. Daha sonra, iş Azərşəhr Baş Məhkəməsinin İkinci Şöbəsinə göndərilsə də bu şöbənin hakimi də ədalətli hökm vermək əvəzinə bu adın haram olduğunu bildirdi. Artıq 64 gündür ki, vətəndaşlıq vəziyyəti aktları idarəsində, məhkəmələrdə dolaşırıq. Bu gün səhiyyə ocağında uşağıma iki aylıq peyvənd vurmaqdan imtina etdilər. Uşağım tibbi sığortadan məhrum edilib.” – deyə ata bildirib.
Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.
İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi