Azərbaycan şairi Əli Nurvəş Təbrizdə molla rejimin qüvvələri tərəfindən saxlanılıb- Video

GADTB: Təbrizli şair Əli Nurvəş Əncərd (Çağla) 24 sentabr, çərşənbə günü saat 10:30-da evində molla rejimin məmurları tərəfindən həbs edilib.

Axtarış zamanı onun mobil telefonunu, şəxsi noutbukunu, aldığı mükafat və təşəkkür lövhələrini götürərək Kəşfiyyat İdarəsinə təhvil verilib.

“Qızıl alma” xəbər kanalı bir neçə saatlıq sorğu-sualdan sonra Əli Çağlanın həmin gün axşam saatlarında müvəqqəti olaraq sərbəst buraxıldığını bildirib. Hələlik həbsin səbəbi və ya ona qarşı işin mümkünlüyü barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Əli Çağla “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü, “Kulis.az” saytının və Türküstan qəzetinin nümayəndəsidir. Azərbaycan ordusunun Qarabağın azad edilməsinə səbəb olan 44 günlük müharibəsində Nərgiz İsmayılova ilə “Öncə Vətən” adlı şeir və hekayələr toplusunu tərtib və redaktə edib.

Video:

https://t.me/GADTB1/45265

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …