Ərdoğan SEPAH-ın maliyyə şəbəkəsinin əmlakını dondurdu

GADTB: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının qərarları əsasında əmlakı dondurulan şəxslər və qurumların siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərman “Rəsmi Qəzet”də dərc olunub.

Sənədə əsasən, İranın Atom Enerjisi Təşkilatı, “Bank Sepah” və “Bank Sepah International”, İsfahan Nüvə Yanacağı Araşdırma və İstehsal Mərkəzi, İsfahan Nüvə Texnologiyaları Mərkəzi, həmçinin 20 nəfər İran vətəndaşı daxil olmaqla, bir sıra təşkilat və şəxslərin aktivləri dondurulub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …