Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizdə Urmiya gölünün qurumasına simvolik etiraz

GADTB: Təbrizin Məqbərətüşşüərasında bir qrup ətraf mühit fəalı İran hökuməti tərəfindən Urmiya gölünün qurudulmasına etiraz ediblər.

Etiraz üçün qaldırılan plakatlarda “Azərbaycan Urmu gölü olmadan yaralıdır, gölünün ölümü günahsız insanların ölümü, həyatın ölümü, Azərbaycanın ölümüdür” yazıları həkk olunub.

Qeyd edək ki, son illər  ətraf mühit fəalları, Azərbaycan milli hərəkatının fəalları Urmiya gölünün quruması fəlakətinin fəsadları barədə insanları maarifləndirməyə çalışıb və hakimiyyətə xəbərdarlıq etməklə yanaşı, Urmiya gölünün dirçəldilməsini tələb ediblər. İran hökuməti isə Urmiya gölünün bərpası tələblərinə qarşı Azərbaycan türkləriniə qarşı repressiya siyasətini davam etdirir.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …