Cümə axşamı , Avqust 20 2026
azfa

Molla rejimin nazirinin çantasına baxışa görə direktor işdən qovuldu

GADTB: İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycana səfərindən sonra Ərdəbildə hava limanı vasitəsilə Tehrana qayıdarkən hava limanı işçisi tərəfindən çantasına baxış keçirilməyə cəhd olub.

Hava limanında xidmət edən bir təhlükəsizlik əməkdaşı nazirin çantasını yoxlamaq istəyib. Fərzanə Sadiq isə buna sərt reaksiya verib və çantasına baxılmasına icazə verməyərək Tehrana yola düşüb.

İnsidentdən bir neçə saat sonra, Ərdəbil əyalətinin hava limanlarının baş direktoru Məhəmməd Qəssabi vəzifəsindən azad edilib.

Bir neçə saat sonra, çərşənbə günü, axşam Ərdəbil Əyalət Hava Limanlarının baş direktorunun işdən çıxarılması və dərhal dəyişdirilməsi haqqında fərman verilib.

Hazırda Ərdəbil Əyalət Hava Limanlarının rəhbəri vəzifəsini Ərdəbil Əyalət Hava Limanlarının icraçı direktorunun müavini Razinejad icra edir. Məhəmməd Qəsabinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar hələ dərc edilməyib.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …