Urmiya millət vəkili Salman Zakir Urmia gölünü bərpaya çağırdı

GADTB: İran parlamentinin Urmiyadan olan deputatı Salman Zakir Məsud Pezeşkiana müraciət edərək Urmiya gölünün bərpası layihəsinin unudulmamasını istəyib.

Zakir hökümət başçısı ilə görüşdə bildirib ki, insanlar Pezeşkianın prezidentliyi dövründə Urmu gölünün yenidən diqqətdən kənarda qalacağından narahatdırlar.

O vurğulayıb: “Cənab Pezeşkian! Gölün illik su haqqının təmin edilməsi və su transferi layihəsi universitetlərdə tədqiqat aparmaq və ya başqa bəhanə ilə unudulmamalıdır. Gölün hüquqları təmin olunmalıdır ki, xalq arxayın olsun”.

Millət vəkilinin sözlərinə görə, Urmu gölü hazırda Zərrinerud və Siminerud çaylarının suyunun 51 faizini alır, ancaq bu suların bir hissəsi digər əyalətlərə yönləndirilir və gölün su payı təmin edilmir.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …