İtaliyada “Gölün Uşaqları” sənədli filmi nümayiş etdiriləcək

GADTB: Tanınmış azərbaycanlı sənədli film rejissoru Məhəmməd Əlimeradinin çəkdiyi “Gölün Uşaqları” sənədli filmi beynəlxalq festivallardakı uğurlarından sonra bu dəfə İtaliyanın Piza şəhərində keçiriləcək VINCITRAME 2025 xüsusi proqramında nümayiş olunacaq.

Məhəmməd Əlimeradi sosial şəbəkə hesabında məlumat verərək bildirib ki, bu proqram dünyanın müxtəlif ölkələrindən seçilmiş müstəqil qısa filmlərin ən yaxşı nümunələrini təqdim edir:

“Bu gecə dünyanın hər yerindən hekayələr, hisslər və insan təcrübələri ilə dolu xüsusi bir tədbirdir.”

İtaliya, Xorvatiya və İspaniyadan olan filmlərlə yanaşı, “Gölün Uşaqları” da qurumuş Urmiya gölünün ətrafında yaşayan uşaqların həyatını yenidən gündəmə gətirir — ümid, böhran və susdurulmuş səslərin hekayəsini dünya ictimaiyyətinə çatdırır.

Film 19 noyabr tarixində Piza şəhərində nümayiş etdiriləcək.

“Gölün Uşaqları” sənədli filmi Urmiya gölündəki ekoloji fəlakətin acı reallığını və onun Azərbaycan bölgəsində yaşayan insanların həyatına təsirini təsvir edir. Əlimeradi bu ekran əsəri ilə təkcə Güney Azərbaycanın insanlarının deyil, həm də təhlükə altında olan təbiətin səsini dünyaya çatdırmağı bacarıb.

Film indiyədək bir çox uğur qazanıb və 1403-cü ildə Finlandiya Film Festivalında “Ən Yaxşı Qısa Film” mükafatına layiq görülüb.

https://www.instagram.com/reel/DRCAGvmDGFO/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA%3D%3D

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …