Tahir Nəqəvinin anası: “Xalqdan istəyirəm ki, susmasınlar”

GADTB: Evin həbsxanasında saxlanılan və Vədud Əsədi ilə birlikdə aclıq aksiyasında olan azərbaycanlı vəkil Tahir Nəqəvinin anası, vəkil Sina Yusifinin yayımladığı video-müraciətdə belə deyib:

“Əziz millətə salam. Övladımı günahsız yerə həbsdə saxlayırlar; onu ağır şəraitdə, ac və susuz, soyuq təkadamlıq kamerada tuturlar. Xalqdan istəyirəm ki, susmasınlar və onun qanuni hüquqlarını müdafiə etsinlər.”

“Abbas Lisaninin məlumat səhifəsi”nin bildirdiyinə görə, Tahir Nəqəvi və Vədud Əsədinin aclıq aksiyası təhlükəli mərhələyə daxil olub və hər iki vətəndaş fəalının səhhətinin sürətlə pisləşdiyi qeyd olunur. Ailələr xəbərdarlıq edirlər ki, davam edən biganəlik geri dönüşü olmayan nəticələr doğura bilər.

Sosial şəbəkələrdə yayımlanan videomüraciətlərdə ailələr və yaxınlar vətəndaş cəmiyyətini, insan haqları qurumlarını və fəalları “insani faciənin təkrarlanmasının qarşısını almaq üçün” bu iki siyasi məhbusun səsinə səs verməyə çağırıblar.

https://t.me/GADTB1/46431

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …