Şənbə , Sentyabr 19 2026
azfa

“İran raket materiallarını Çindən daşıyıb”

GADTB: “The National Interest” saytı yazıb ki, İran BMT sanksiyalarına baxmayaraq ballistik raket proqramını genişləndirməyə davam edir. Avropa kəşfiyyat mənbələrinə istinadən bildirilib ki, raket istehsalında istifadə olunan mühüm komponent- natrium perxloratın bir neçə partiyası Çindən İranın Bəndər Abbas limanına çatdırılıb.

Məlumata görə, İsrail və İran arasında müvəqqəti atəşkəs qüvvədə olsa da, Tehran raket istehsalının artırılması planlarını gizlətmir. Nəşr xatırladıb ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu ay müsahibələrindən birində “İranın silah arsenalı 12 günlük müharibədən xeyli çoxdur”, – deyə, açıqlama verib.

Nəşr yazıb ki, İran oktyabr ayından bəri ballistik raket proqramını daha da gücləndirib və bu fəaliyyət BMT-nin silah satışı qadağasına məhəl qoyulmadan davam edir.

Nəşrin məlumatına görə, natrium perxloratın yeni göndərişləri Tehranın “adi raketlər üçün bərk yanacağın istehsalını artırmaq” niyyətinin göstəricisidir. /Azad İran

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …