Şənbə , Oktyabr 17 2026
azfa

Evin həbsxanasında Əbdüləziz Əzimi Qədim huşunu itirib

GADTB: Çərşənbə günü, 5 Azər tarixində Evin həbsxanasından alınan məlumatlara görə, azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim namaz qıldığı zaman aclıq aksiyasının mənfi təsirləri nəticəsində huşunu itirib.

Mənbələr bildirir ki, o, huşsuz vəziyyətdə həbsxananın tibb məntəqəsinə aparılıb. Məlumata əsasən, səhhətinin ağır olmasına baxmayaraq, Əzimi Qədim ona serum vurulmasına razılıq verməyib.

Azərbaycanlı milli fəal Əbdüləziz Əzimi Qədim həm ədalətsizliklərə etiraz olaraq, həm də digər iki siyasi məhbus – Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyasına dəstək məqsədilə aclıq aksiyası keçirir.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …