
GADTB: İsrail mediası İranın yenidən silahlanma prosesini sürətləndirdiyini bildirir. İsrail dövlət radiosu təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, İran İsraillə mümkün yeni qarşıdurma ehtimalından ehtiyat edərək, həm öz hərbi gücünü, həm də bölgədəki müttəfiq qüvvələrinin imkanlarını bərpa etməyə çalışır.
Rəsminin sözlərinə görə, Tehran husilər və Hizbullah da daxil olmaqla regional proksi qrupların yenidən silahlanmasını intensivləşdirib. Bununla yanaşı, İranın İordan çayının qərb sahili və Suriyada fəaliyyət göstərən silahlı qruplara silah ötürülməsini artırdığı iddia olunur.
Məlumatda qeyd edilir ki, İranın narahatlığı İsrailin mümkün növbəti hücumu ilə bağlıdır. / Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi