Çərşənbə , Sentyabr 9 2026
azfa

Qrossi İranın nüvə məsələsi ilə bağlı diplomatik məsləhətləşmələri davam etdirir

GADTB:  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi İranın nüvə məsələsi ilə bağlı diplomatik məsləhətləşmələrin davamı olaraq Kaya Kallas ilə görüşüb.

Qrossi özünün “X” hesabında bu haqda yazıb: “Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə İran da daxil olmaqla, nüvə silahının yayılmamasının yoxlanılmasında AEBA-nın misilsiz rolu, eləcə də Ukraynada nüvə təhlükəsizliyini təmin etmək üçün davam edən səylərimiz barədə vaxtında söhbət etdim”.

Son iki həftə ərzində Qrossi İranın nüvə məsələsini müzakirə etmək üçün Vyanada  Rusiyanın səfiri və beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovla iki dəfə görüşüb. /Azad İran

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …