Şənbə , İyun 20 2026
azfa

“Tayms”: Xamenei də Əsədin yanına qaçmağa hazırlaşır

“Tayms” (The Times) qəzeti kəşfiyyat hesabatına istinadən yazıb ki, İran rəhbəri Əli Xameneinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat plan hazırladığı bildirilir.

Xamenei 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbəyə görə, şərti olaraq “B planı” adlanan variant Xameneinin oğlu və ehtimal olunan varisi Müctəba Xameneinin də ölkədən çıxarılmasını əhatə edir.

“Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib”, – hesabatda qeyd olunub.

Qeyd edək ki, İranın müttəfiqi olan Bəşər Əsəd Moskvaya sığınıb və hazırda burada yaşayır.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …