Şənbə , Oktyabr 24 2026
azfa

Avropa İttifaqı diktatorların himayədarı Rusiyaya qarşı sankiyanın müddətini uzadıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilmiş sammitində diktatorların himayəçisi Rusiyaya qarşı sanksiya müddətinin yarım il də uzadılmasına dair qərar qəbul edilib. Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Sammitdə Rusiya, Ukrayna, Minsk razılaşmaları barəsində qısa müzakirələr keçirildi. Nəticə isə Rusiyaya qarşı sanksiyaların daha 6 ay da uzadılması oldu”, – deyə agentliyə məlumat verən mənbə bildirib.

Qeyd edək ki, Aİ, ABŞ və digər ölkələr 2014-cü ildən Krım məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiqinə başlayıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın