
GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın yetişdirdiyi İraq terorçu qruplaşmaları, o cümlədən əsas qrup olan “Kətaib Hizbullah” da daxil olmaqla, komandirlərə və qurumlara qarşı yeni sanksiyalar paketi elan etdi.
“Kətaib Hizbullah”dan əlavə, sanksiyalar “Əsaib Əhli-Haq”, “Hizbullah ən-Nücəba” və “Kətaib SeyyiduşŞuhəda”nı da hədəf alır.
Departamentin açıqlamasında bildirilir ki, İran tərəfdarı olan İraq qruplarının yeddi komandiri “İqtisadi Qəzəb” proqramı çərçivəsində sanksiyalara məruz qalıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, onlar İraqdakı Amerika personalına, obyektlərinə və maraqlarına qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak edirlər.
“Kətaib Hizbullah” ABŞ-nin İraqa hücumundan sonra 2003-cü ildə yaradılan İraq şiə yaraqlı təşkilatıdır.
O, Livanın “Hizbullah” təşkilatı modeli üzərində fəaliyyət göstərir və birbaşa SEPAH-ın xüsusi təyinatlı qüvvələri olan “Sepah-e-Quds”a hesabat verir.
“Əsaib Əhli-Haq” İraqda İran tərəfdarı olan hərbi-siyasi təşkilatdır.
Təşkilat maliyyələşdirilir və döyüşçüləri SEPAH-ın xüsusi təyinatlı qüvvələri olan “Sepah-e-Quds” və “Hizbullah” tərəfindən təlim keçir.
“Kətaib Seyyid əl-Şuhəda” 2013-cü ildə yaradılan və həm İraqda, həm də Suriyada fəaliyyət göstərən İraq şiə qrupudur.
Fəaliyyətlərini üç istiqamətdə əlaqələndirir.
Hizbullahun-Nücəba, xüsusilə Suriya və İraqda aktiv olan İraq şiə silahlı qruplaşmasıdır.
Qrup 2013-cü ildə Əkrəm əl-Kəəbi tərəfindən 🇸🇾 Suriyada Bəşər Əsədi dəstəkləmək üçün təsis edilib. Qrup İran İnqilab Keşikçilərinin Sepah-e-Quds xüsusi təyinatlı qüvvələri bölməsi tərəfindən idarə olunur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi