
GADTB: IRNA İranın xarici işlər naziri Abbas Əraqçının Pakistanda məsləhətləşmələr apardıqdan sonra Moskvaya yola düşdüyünü bildirib.
Məlumata görə, Əraqçı İslamabadda olduğu müddətdə Pakistan rəsmiləri ilə yeni danışıqlar və məsləhətləşmələr aparıb.
Şənbə gecəsi İslamabaddan Maskata gedən Əraqçı bazar günü 🇴🇲 Oman rəsmiləri ilə görüşdükdən sonra Pakistana qayıdıb.
Əraqçının Pakistan, Oman və Rusiyaya səfəri müharibəyə son qoymaq və ABŞ ilə razılığa gəlmək üçün diplomatik səylərin bir hissəsi kimi təsvir edilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi