Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb.

İsrailin “Maariv” qəzeti yeni raketin bölgədəki hərbi vəziyyəti dəyişdirə biləcəyini bildirib.

Nəşr həmçinin Türkiyənin daha uzaq mənzilli layihələr üzərində işlədiyini də yazıb.

Qəzetin təhlilində bildirilib ki, İHA-230 pilotsuz uçuş aparatlarından (PUA) atıla bilən səsdən sürətli raketdir və xüsusi olaraq hücum tipli PUA-larla istifadə üçün nəzərdə tutulub.

Məlumata görə, İHA-230 150 kilometrdən çox məsafədəki hədəfləri vura bilir. Onun mənzilinin buraxılış platformasının hündürlüyündən və sürətindən asılı olaraq dəyişsə də, elektron müharibə mühitində yüksək dəqiqliklə işləyə biləcəyi də qeyd olunur.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …