Çərşənbə , İyun 24 2026
azfa

Molla rejimi 40 günlük müharibədə həlak olanların sayını 3519 nəfər açıqladı

QADTİB: İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinin sözçüsü Əsgər Cahangir 40 gün davam edən Amerika–İsrail–İran müharibəsində həlak olanların ümumi sayının 3519 nəfər olduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu rəqəm Məhkəmə-Tibb Təşkilatının məlumatlarına əsaslanır. Cahangir həlak olanların hərbi və ya mülki şəxslər üzrə bölgüsünü açıqlamasa da, ölənlərdən 3002 nəfərinin kişi, 517 nəfərinin isə qadın olduğunu bildirib.

İran Məhkəmə-Tibb Təşkilatı bundan əvvəl, atəşkəsin elan edilməsindən sonrakı ilk günlərdə Amerika və İsrailin hava hücumları nəticəsində ölənlərin sayını 3375 nəfər olaraq açıqlamışdı.

Əsgər Cahangir çıxışında əlavə edib ki, “düşmənlə əməkdaşlıq etmək” ittihamı ilə bir sıra şəxslər barəsində cinayət təqibi başlanılıb. Onun verdiyi məlumata görə, həmin şəxslərin 44 faizi hələ də müvəqqəti həbsdə saxlanılır.

Qeyd edək ki, İran rəsmilərinin açıqlamalarına əsasən, ötən ilin 9 Esfənd tarixində başlayan hücumlardan sonra yüzlərlə şəxs Amerika və İsraillə əməkdaşlıq etmək ittihamı ilə həbs olunub. Onlardan bəziləri “casusluq” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamları ilə ölüm cəzasına məhkum edilərək edam olunublar.

Həmçinin yoxlayın

Ekoloqlardan xəbərdarlıq: “Xəzər dənizinin səviyyəsi kəskin azalır”

GADTB: İranın ətraf mühit qurumları Xəzər dənizində müşahidə olunan sürətli su azalması ilə bağlı ciddi …

ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək

GADTB: 24 iyunda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış …