Çərşənbə , İyul 1 2026
azfa

Donald Tramp: Tehranın nüvə silahından məhrum edilməsi prosesi yaxşı irəliləyir

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahından məhrum edilməsi prosesi müsbət istiqamətdə davam edir və tərəflər arasında Qətərdə keçirilən son görüşlər uğurla keçib.

Tramp səfərə yola düşməzdən əvvəl jurnalistlərə deyib:

“İranın nüvə silahından məhrum edilməsi prosesi yaxşı irəliləyir. Onlar çox yaxşı görüşlər keçiriblər və görək nəticə necə olacaq.”

O, İrandakı hədəflərə qarşı həyata keçirilmiş son hücumlara toxunaraq əlavə edib:

“Bildiyiniz kimi, biz onları üç gecə ardıcıl şəkildə ciddi zərbələrə məruz qoyduq. Amma indi münasibətlərimiz çox yaxşı istiqamətdə inkişaf edir. Nüvəsizləşdirmə prosesi davam edir və hər şey yaxşı gedir.”

ABŞ prezidenti həmçinin ölkə iqtisadiyyatı, investisiyalar və fond bazarındakı vəziyyətə toxunaraq bildirib ki, İranın nüvə silahına sahib olmasına yol verilməməlidir. Onun sözlərinə görə, əks halda ABŞ iqtisadiyyatı və həyata keçirilən siyasətlər mənfi təsirlə üzləşə bilər.

Tramp dünya enerji bazarına da toxunaraq qeyd edib ki, neftin qiyməti 68 ABŞ dollarına enib və bu göstərici, onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə başlanmış hərbi əməliyyatlardan əvvəlki səviyyədən də aşağıdır.

Həmçinin yoxlayın

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

GADTB: Azərbaycanda fəaliyyət göstərən üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin – Knessetin üzvlərinə müraciət edərək …

Böyük öndər Babək Xürrəmdinin doğum günüdür

GADTB: Bu gün Azərbaycan xalqının tarixi qəhrəmanı və zülmə qarşı mübarizənin unudulmaz simvolu olan Babək …