Çərşənbə , Oktyabr 14 2026
azfa

ETTELAAT sosial şəbəkə istifadəçilərini etiraf və öhdəlik ismarıcları dərc etməyə məcbur edir

GADTB: Molla rejimin ETTELAAT orqanları sosial şəbəkə istifadəçilərinə təzyiqləri artırıb və bəzilərini şəxsi səhifələrində etiraf və öhdəlik formasında materiallar dərc etməyə məcbur edib.

“Dadban” hüquq qrupu  bazar günü “X” sosial platformasında yaydığı hesabatda Fəraca (İran Polis Təşkilatı) informasiya bölməsinin bir çox vətəndaşı, xüsusən də qadınları öz media hesablarında əvvəlcədən müəyyən edilmiş məzmunları dərc etməyə məcbur etdiyini bildirib.

Buna əsasən, son iki həftə ərzində bir neçə sosial şəbəkə istifadəçisi çağırılaraq barələrində cinayət işi açılıb.

 “Dadban” qeyd edir ki, bu şəxslər öz şəkillərini dərc etməyə məcbur ediliblər; həmin paylaşımlarda onlar məmurların “qeyri-qanuni” adlandırdıqları məzmunun yayılmasına görə məsuliyyəti öz üzərlərinə götürməli və bu cür hərəkətləri bir daha təkrarlamayacaqlarına dair öhdəlik götürməli olublar.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …