Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi Avropada hücumlar üçün yeniyetmələrdən istifadə edir

GADTB: İrqçi fars-molla rejimi Avropada hücumlar üçün yeniyetmələrdən istifadə edir.

BBC-nin araşdırmasına görə, İranla əlaqəli İsveç mənşəli Foxtrot Network cinayətkar qruplaşması Avropada sifarişli qətllər və hücumlar həyata keçirmək üçün yeniyetmələri cəlb edir.

Araşdırmada qeyd olunur ki, Europol bu qruplaşmanın “zorakılığı xidmət kimi” modeli ilə fəaliyyət göstərdiyini, sosial media vasitəsilə yetkinlik yaşına çatmayanları cəlb etdiyini və onlara kompüter oyunlarını xatırladan formatda tapşırıqlar verdiyini bildirir.

Şəbəkənin lideri Rava Məcid hazırda Tehrandadır. İsveç hüquq-mühafizə orqanları onun İrana köçdükdən sonra İran hakimiyyəti ilə əlaqəli tapşırıqları yerinə yetirməyə başladığını ehtimal edir. Mümkün hədəflər arasında İsrail obyektləri, jurnalistlər və İran müxalifətinin nümayəndələrinin olduğu bildirilir.

Europolun açıqlamasına əsasən, bu sxemlə mübarizə məqsədilə 11 Avropa ölkəsinin hüquq-mühafizə orqanları birgə əməliyyat aparır.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …