
GADTB: Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu İstintaq şöbəsinin hakimi Həsən Kəriminin qərarı ilə azərbaycanlı fəallar Siyamək Mirzəyi, Əsgər Əkbərzadə və Əli Vasiqi barəsində seçilmiş həbs qətimkan tədbiri daha bir ay müddətinə uzadılıb.
Daxil olan məlumatlara görə, tirin 7-də molla rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bu üç fəal hələ də həbsdə saxlanılır. Həbs müddətinin uzadılması onların hüquqi vəziyyətinin qeyri-müəyyən olaraq qalmasına səbəb olub.
Bundan əvvəl Siyamək Mirzəyi və Əli Vasiqi barəsində “qanunsuz qruplara üzv olmaq” və “rejim əleyhinə təbliğat aparmaq” ittihamları irəli sürülmüşdü. Əsgər Əkbərzadəyə qarşı irəli sürülən ittihamlarla bağlı isə indiyədək dəqiq məlumat açıqlanmayıb.
Son həftələr ərzində hər üç fəalın ailə üzvləri onların vəziyyəti ilə bağlı məhkəmə və istintaq orqanlarına müraciətlər ediblər. Həbs müddətinin yenidən uzadılması onların hüquqi vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi