Çərşənbə axşamı , Avqust 4 2026
azfa

Mayk Pens: ABŞ və İsrail işi başa çatdırmalıdır

GADTB: ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens İran İslam Respublikasına qarşı hərbi əməliyyatların genişləndirilməsinə çağırıb və bildirib ki, ABŞ və İsrailin “işi başa çatdırmasının vaxtı çatıb.”

Pens Fox News-a müsahibəsində Donald Trampın İrana qarşı birbaşa hərbi əməliyyat qərarını yüksək qiymətləndirərək deyib ki, ABŞ prezidenti silahlı qüvvələrə İranın qalan nüvə obyektlərini hədəfə almaq və Tehranın Hörmüz boğazında, eləcə də regionda güc tətbiq etmək imkanlarını aradan qaldırmaq barədə göstəriş verməlidir.

O əlavə edib: “Düşmənlə sülh bağlamırlar, məğlub edilmiş düşmənlə sülh bağlayırlar.”

Pens bildirib ki, İran rəhbərliyinin mövqeyi və danışıqları inkar etməsi nəzərə alınarsa, Donald Trampın nə vaxtsa “artıq bəsdir” qərarını verəcəyinə əmindir.

Keçmiş vitse-prezident ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatını “tarixi” adlandıraraq vurğulayıb ki, artıq iki ölkənin silahlı qüvvələrinin bu missiyanı tamamlamasının vaxtıdır.

Həmçinin yoxlayın

Terrorçu SEPAH son 50 gündə neft və neft-kimya ixracından təxminən 6 milyard dollar gəlir əldə edib

GADTB: “Nüvə Silahlı İrana Qarşı Birlik” (United Against Nuclear Iran – UANI) təşkilatı bildirib ki, …

İrqçi fars-molla rejimi azərbaycanlı milli-mədəni fəalları yalan ittihamlarla ümumilikdə 40 il həbsə məhkum edib

GADTB: Tanınmış azərbaycanlı milli fəalar Abbas Ləsəni, Əli Xeyircu, Yusif Kari və Bəhzad Dəşti uydurma …