Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla bağlı, Türkiyənin Anadolu Agentliyi xəbər verib.

Agentliyin Pakistan hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, 17 avqustda başa çatacaq atəşkəsin İslamabad Sazişi çərçivəsində uzadılması ilə bağlı tərəflər prinsipial razılığa gəliblər.

Məlumata görə, ABŞ və İran atəşkəsin uzadılması məsələsində vasitəçinin təklifini qəbul ediblər. Lakin uzadılmanın müddəti hələ müəyyənləşdirilməyib və bununla bağlı danışıqlar davam edir.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …