Çərşənbə , Oktyabr 14 2026
azfa

Hegset: İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə bilərik

GADTB: ABŞ müdafiə naziri Pit Hegset cümə axşamı jurnalistlərlə söhbətində ABŞ ordusunun İran limanlarına tətbiq etdiyi dəniz blokadasını “qeyri-müəyyən müddətə” davam etdirə biləcəyini bildirib.

Hegset deyib: “ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə bilər. Çünki indiyə qədər etdiyimiz kimi, gəmiləri dəyişdirərək bölgəyə daxil edib çıxara və bu fəaliyyəti davam etdirə bilərik.”

İran limanlarına tətbiq edilən dəniz blokadası Donald Tramp administrasiyasının SEPAH tərəfindən Hörmüz boğazının bağlanmasına cavab olaraq əl atdığı tədbirlərdən biridir. Bəzi ekspertlərin fikrincə, bu addım İranın neft ixracını məhdudlaşdırdığı üçün uzunmüddətli perspektivdə Tehran üçün ciddi iqtisadi itkilərə səbəb ola bilər.

İran-Çin Ticarət Palatasının rəhbəri Məcidrza Həriri bu həftə xəbərdarlıq edib ki, “dəniz blokadası şəraitində İran xalqının həyatı çox aşağı səviyyəyə düşəcək”.

O bildirib ki, Çindən İrana yüklərin quru yolu ilə daşınması İran iqtisadiyyatına təxminən 18 milyard dollar əlavə xərc gətirəcək.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …