
GADTB: Azərbaycanın Traxtur komandası mövsümün ilk qarşılaşmasında Şəhriyar Muğanlunun dublu sayəsində Peykanı 2:0 hesabı ilə məğlub edərək çempionata üç xalla başlayıb.
Traxturun hər iki qolunu Şəhriyar Muğanlu vurub. Qarşılaşmanın gedişində Peykanın futbolçularından biri qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Oyunun sonunda Təbrizin Səhənd stadionu Traxtur azarkeşlərinin böyük sevincinə səhnə olub. Təbriz və Azərbaycan üçün qırmızı rəngə boyanan gecədə azarkeşlər komandanın 2:0 hesablı qələbəsini böyük coşqu ilə qeyd ediblər.
Traxtur tərəfdarları qələbədən sonra rəqs edib, şənlik keçirərək sevimli komandalarının mövsümə uğurlu başlanğıcını qeyd ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi