Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycanlı şair Musəvi Miyanəci (Qiyasi) vəfat edib

GADTB: Mərhum Musəvi Miyanəci (Qiyasi) 1325-ci ildə Miyanada anadan olub. Gənc yaşlarından şair atası tərəfindən həvəsləndirilərək şeir yazmağa başlayıb. O, türk və fars dillərində, müxtəlif şeir biçimlərində dəyərli əsərlər yaradıb.

Mərhum şairin nəşr olunmuş əsərləri arasında «Aşura rəvayəti», «Ölməz dastan» və «Əbədi qiyam» kimi əsərlər yer alır.

Onun digər əsər və şeirləri sırasında «İbrət aynası», «Yeddi bulaq», «Könüldən dağ», «Atalar sözü – sözlərin gözü», «Gözdən düşən Miyana», «Bayatılar» və «Elimin dili» də var.

Bundan başqa, mərhum ədibin yaradıcılığına «Lisanül-Qeyb» divanından doqquz qəzələ nəzirə», «Məhərrəm zümzüməsi» və «Hökumət nizamnaməsi» — Həzrət Əlinin (ə) Malik Əştərə göndərdiyi fərmanın nəzmə çevrilmiş tərcüməsi — daxildir.

Musəvi Miyanəci zəhmətkeş və təvazökar şair kimi tanınıb. Onun yaradıcılığından 2 mindən artıq nəşr olunmamış beytin də yadigar qaldığı bildirilir.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …