
GADTB: ABŞ Prezidenti Donald Tramp cümə günü, sentyabrın 4-də yenidən ABŞ-ın çox yaxında İrandakı Külüng-Qəzla dağına hücum edə biləcəyini bildirib.
Nətənz yaxınlığında yerləşən “Külüng-Qəzla dağı” kompleksi Qərb kəşfiyyat qurumlarının məlumatına görə, İranın orada elan olunmamış uranın zənginləşdirilməsi obyektlərindən birini inşa etməsi ehtimal edilən ərazidir.
Ekspertlər bildirirlər ki, bu kompleks hətta ABŞ-ın ən güclü bunkerdağıdan bombalarının belə çatmadığı dərinlikdə yerləşir.
Tramp bu ilin iyul ayında da ABŞ-ın İranla bağlı “işinin hələ bitmədiyini” bildirmiş və ABŞ ordusunun mümkün növbəti hədəfinin “Kəl Külüng-Qəzla dağı” ola biləcəyini xəbərdar etmişdi.
Bununla belə, ABŞ Prezidenti cümə günü jurnalistlərlə söhbətində İranın bu kompleksdə və ya onun yaxınlığında ABŞ-ın mümkün hücumuna səbəb ola biləcək hər hansı xüsusi fəaliyyət həyata keçirib-keçirmədiyini açıqlamayıb.
Tramp daha əvvəl bildirmişdi ki, ABŞ Kosmik Qüvvələri Hörmüz boğazındakı vəziyyəti, həmçinin İranın “Külüng” nüvə obyektini və ölkədəki digər üç nüvə obyektini diqqətlə və yaxından izləyir.
İsrail və ABŞ 2025-ci ilin yayında İranın mühüm uranın zənginləşdirilməsi obyektlərini məhv edib və ya onlara ciddi ziyan vurub.
İran həmin vaxtdan etibarən Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin bombalanmış obyektlərə qayıtmasına icazə verməyib və zənginləşdirilmiş uran ehtiyatlarından nə qədərinin qaldığını yoxlamaq imkanını təmin etməyib.
ABŞ Prezidenti çıxışının başqa bir hissəsində İranla müharibənin ABŞ üçün “adi və əhəmiyyətsiz bir məsələ” olduğunu bildirib.
Bu açıqlama ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İranla qarşıdurmanı “müharibə” kimi xarakterizə etmədiyini bildirməsindən bir gün sonra səsləndirilib.
Tramp Vensin açıqlaması ilə bağlı suala cavabında jurnalistlərə deyib: “Çoxları bunu müharibə hesab etmir. Mən bunu hərbi qarşıdurma adlandırıram, çünki bizim üçün bu, adi bir məsələdir. Böyük məsələ deyil. Biz Venesuelanı etdik və bunu da etdik”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi