Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti müşayiət edir. Onun sözlərinə görə, həmin şirkətlər müqavilələr bağlamaq və əməkdaşlıq qurmaq məqsədilə gəliblər. Bu əməkdaşlıq hər iki ölkənin, bütövlükdə regionun və ABŞ-ın maraqlarına xidmət edəcək.

Rubio bildirib ki, Türküstan ölkələri ABŞ-ın dünya ilə əməkdaşlığının genişləndirilməsində mühüm yer tutur. Onun sözlərinə görə, əməkdaşlıq ticarətdən tutmuş elm və texnologiyaya qədər müxtəlif sahələri əhatə edir.

ABŞ dövlət katibi qeyd edib ki, dünya ticarəti tarixində Səmərqənd qədər mühüm rol oynamış şəhərlərin sayı azdır. O xatırladıb ki, əsrlər boyu dünya ticarət yolları bu şəhərdən keçib və indi həmin yollar yenidən Səmərqəndə qayıdır.

Rubio vurğulayıb ki, ABŞ bu prosesdə mühüm paya sahib olmaq istəyir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …