Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı səsləndirilən irqçi şüarlara, eləcə də İran Futbol Federasiyasının və siyasi rəsmilərin bu hallara laqeyd yanaşmasına etiraz olaraq ayrı-ayrı bəyanatlar yayıblar. Onlar azarkeşləri komandanın cümə axşamı Abadanın Sənət Neft komandası ilə keçirəcəyi oyunda kütləvi şəkildə iştirak etməyə çağırıblar.

Azarkeş qrupları bəyanatlarında Traxtur tərəfdarlarından Təbrizin Səhənd stadionuna çoxsaylı şəkildə gəlməyi və üzərində “İranda türklərə qarşı irqçiliyə yox!” və “No to racism against Turks in Iran” şüarları yazılmış plakatlar tutmağı istəyiblər. Bildirilib ki, bu yolla türklərə qarşı səsləndirilən irqçi şüarlara və belə hallara qarşı təsirli tədbirlərin görülməməsinə etiraz ifadə olunacaq.

Traxtur və Abadanın Sənət Neft komandaları arasında oyun oktyabrın 22-si, cümə axşamı, saat 17:00-da Təbrizin Səhənd stadionunda keçiriləcək.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …