Bazar , Oktyabr 25 2026
azfa

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib.

Bəzi rəsmilərin sözlərinə görə, Tehran indiyədək üzləşdiyi hücumlara baxmayaraq, bu silahların əhəmiyyətli ehtiyatını və yeni qarşıdurma zamanı onlardan istifadə etmək imkanlarını qoruyub saxlayır.

ABŞ rəsmiləri Çinin bəzi qurumlarının Tehrana peyk görüntüləri təqdim etmiş ola biləcəyini ehtimal edirlər. Bildirilir ki, həmin görüntülər ABŞ hərbi gəmilərinin izlənilməsi üçün istifadə edilmiş ola bilər.

Tehran həm açıq bəyanatlarla, həm də diplomatik kanallar vasitəsilə vasitəçilərə xəbərdarlıq edib ki, ABŞ və İsrailin hava hücumlarının yenidən başlaması halında İranın cavabı ABŞ-ın hərbi bazaları və hərbi gəmiləri ilə məhdudlaşmayacaq.

İranın təhdidləri arasında qonşu Körfəz ölkələrinin hava limanları, boru kəmərləri, iqtisadi obyektləri və mülki hədəfləri də yer alır.

ABŞ mediası daha əvvəl Konqresə aralıq seçkilərdən sonra — noyabrın 3-də keçiriləcək səsvermədən sonrakı dövrdə İrana qarşı yeni hücumların mümkünlüyünün müzakirə edildiyi barədə məlumat yaymışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …