Çərşənbə , Noyabr 4 2026
azfa

Respublikaçıların Konqresin hər iki palatasında məğlubiyyətindən sonra Tramp “Truth Social” şəbəkəsində “VETO” yazılmış papağın şəklini paylaşdı

GADTB: ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə demokratların qələbələrinə cavab olaraq “Truth Social” sosial şəbəkəsində üzərində iri hərflərlə “VETO” yazılmış qırmızı papağın şəklini paylaşıb.

Tramp seçkilərdən əvvəl xəbərdarlıq etmişdi ki, əgər demokratlar Konqresə nəzarəti ələ alsalar, o, “cənab Veto”ya çevriləcək və etiraz etdiyi qanun layihələrini veto edəcək.

Tramp CBS telekanalına müsahibəsində də prezidentin veto hüququnun müəyyən müddətdən sonra demokratları danışıqlara və kompromisə getməyə məcbur edə biləcəyini bildirmişdi.

Bu papağın şəklinin paylaşılması respublikaçıların noyabrın 3-də keçirilən seçkilərdə ciddi məğlubiyyətlərlə üzləşdiyi və demokratların Senata nəzarəti ələ aldığı bir vaxta təsadüf edib.

Bununla belə, Tramp seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla razılaşma əldə etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilər demokratların böyük qələbəsi ilə nəticələnib. Respublikaçılar Nümayəndələr Palatasında və Senatda çoxluğu itiriblər. Bu nəticə Donald Trampın prezidentlik müddətinin qalan iki ili ərzində Vaşinqtonda qüvvələr balansını dəyişə bilər.

Demokratlar respublikaçılardan Senatda azı altı yeri qazanaraq bu palataya nəzarəti ələ keçiriblər. Onlar Nümayəndələr Palatasında da yeni yerlər əldə edərək çoxluğu öz tərəflərinə keçiriblər.

Demokratların əsasən respublikaçıların üstünlük təşkil etdiyi Texas, Kanzas, Ayova və Cənubi Karolina kimi ştatlarda qələbə qazanması seçkilərin ən mühüm nəticələri arasında olub.

Həmçinin yoxlayın

Pezeşkian hökumətində Xəzər dənizinin adının yunan mənşəli adla dəyişdirilməsinin təsdiqlənməsi təklif olunur

GADTB: İran Prezidentinin birinci müavini Məhəmmədrza Arif Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini istəyib və …

Müctəba Xameneiyə aid olduğu bildirilən keçmiş Hilton hoteli Britaniya şirkətinə verildi

GADTB: Frankfurt yaxınlığında yerləşən keçmiş lüks Hilton hoteli, Müctəba Xameneinin maliyyə şəbəkəsinə aid olduğu bildirilən …