ABŞ İran adlanan ölkənin rəsmilərinin topladığı sərvətləri açıqladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo İran adlanan ölkənin rəsmilərinin topladığı sərvətləri açıqladı.

ABŞ Dövlət katibi Mayk Pompeo Kaliforniyada keçirilən “İranlıların səsinə dəstək” adlı seminarda çıxışı zamanı deyib ki, Tramp administrasiyası İran xalqı üçün sizlərlə eyni yuxunu görür. Bizim səylərimiz və Tanrının yardımı ilə o günlər gələcək.

Pompeo deyib: “İran rejiminin xalqı üçün bir kabus olması barədə hər kəs həmfikirdir. İran xalqının üçdə biri yoxulluq həddinin altında yaşayır. Nüvə sazişi zamanı İranın artan neft gəlirləri İran xalqına xərclənə bilərdi. Bunun əvəzində isə terrorçulara, diktatorlara və milislərə xərcləndi”.

İranın yüksəkçinli məmurlarını korrupsiyada ittiham edən Pompeo İran Ali Məhkəməsinin keçmiş sədri Sadiq Laricaninin ruhani lideri Ayətullah Əli Xamenei sayəsində ictimai tenderlərdə korrupsiyaya yol verərək əldə etdiyi sərmayənin ən azı 300 milyon dollar dəyərində olduğunu iddia edib.

“Çox insan bilməz, ancaq Xameneinin “Setad” adı altında fəaliyyət göstərən və büdcəsi 95 milyard dollara çatan qeyri-qanuni investisiya qoyuluşu həyata keçirən fondu var. Bu fond vergidən yayındırılıb”, – Pompeo qeyd edib.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın