Bazar ertəsi , Oktyabr 26 2026
azfa

ABŞ İran adlanan ölkə nüvə obyektlərinə zərbə endirə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırdır və bu, avqust ayında baş verə bilər”. Bu barədə “ABC News” məlumat yayıb.

Avstraliya mümkün hədəflərin müəyyənləşdirilməsində ABŞ-a kömək etməyə hazırdır. Bu ölkə hökumətindən bildiriblər ki, əməliyyat hazırlığı zamanı Avstraliyanın hərbi obyektləri yəqin ki, hədəflərin seçilməsində iştirak edəcək. Analoji rolu Britaniya xüsusi xidmət orqanları da oynayacaq.

Avstraliyanın Şimal ərazisində xüsusilə məxfi kəşfiyyat obyekti var. Bu obyekt ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya xüsusi xidmət orqanlarını birləşdirən “Beş göz” alyansının aparıcı obyektlərindən sayılır. Bu obyekt ABŞ casus peyklərinin idarə olunmasında rol oynayır. İrana hücum hazırlığı zamanı məhz bu obyektdən istifadə oluna bilər. Bundan başqa, Avstraliyanın çox tanınmayan geoməkan kəşfiyyatının analitiklərindən də istifadə olunacağı gözlənilir.

Bununla yanaşı, Avstraliyanın baş naziri Malkolm Törnbull bildirib ki, ABŞ-ın İranla müharibəyə hazırlaşdığını söyləməyə əsası yoxdur.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın