Şənbə , Aprel 27 2024
azfa

Güney Azərbaycanın Çaypara bölgəsində rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars xalqların dillərində dərs keçməyin təhlükəli və qadağan olmasına dair çıxışına etiraz olaraq  Güney Azərbaycanın Çaypara məntəqəsində divarlara geniş şəkildə şuarlar yazılıb.

Güney Azərbaycanın qərb bölgəsində yerləşən Çaypara şəhərində azərbaycanlı milli-mədəni fəallar divarlara “Türk dili mənim qırmızı xəttimdir” və “Azərbaycanlı milli-mədəni fəalları azad edin” şüarlar yazmaqla rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz bildirmiş və ana dildə təhsil və azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişlər.

Qeyd edək ki, hazırda Lətif Həsəni, Siyamək Mirzayi, Cəfər Rüstəmirad, İbrahim Nuri, Kiyumərs İslami, Əmir Səttari, Qulam Quluzadə s. azərbaycanlı fəallar həbsdədirlər.  Son günlər Güney Azərbaycanın Təbriz, Parsabad və Ərdəbil şəhərlərində də bu məsələlərlə ilə bağlı şüarlar yazılmışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın