İrqçi fars rejimin rəsmiləri dünya ictimaiyyətini qorxutmaq üçün ABŞ-la müharibənin dəhşətli olacağını bildirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejimin rəsmiləri dünya ictimaiyyətini qorxutmaq məqsədilə bu rejimlə ABŞ-ın müharibəsini qəsdən dəhşətli təqdim edirlər.

Rejimin bütün rəsmiləri kimi, İran adlanan ölkənin parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Həşmətullah Fəlahat Pişə bu barədə yalan iddia ilə deyib ki, İran-ABŞ müharibəsi dünyaya yayılacaq.

O deyib ki, İranla ABŞ arasında diplomatik danışıqlar yolu bağlanıb. Buna görə də rəsmilər bir-birilərinə açıqlamalar vasitəsilə cavab verirlər.

“İki ölkə arasında meydana gələ biləcək müharibə bölgəyə və bütün dünyaya yayılacaq, buna görə də Tehranla Vaşinqton arasında müharibə ehtimalı yoxdur. ABŞ nüvə sazişindən təktərəfli imtina edərək beynəlxalq hüququ pozdu. Prezident Ruhaninin açıqlamaları əslində ABŞ-a qarşı bir xəbərdarlıqdır. Onlar da bu xəbərdarlığı düzgün şəkildə qiymətləndirməlidirlər”, – Həşmətullah Fəlahat Pişə deyib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …

Bir cavab yazın