Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Muğan zindanında aclıq aksiyasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami qanunsuz müvəqqəti həbsdə saxlanıldığı üçün Muğan zindanında aclıq aksiyasındadır.

Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılmaması və ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması, eləcə də hakimin prosesi uzatmasına etiraz olaraq, iyulun 28-dən aclığa aclıq aksiyasına başlayıb.

Məlumata görə, Kiyumərs İslami həbsxanada ağır cismi və ruhi işgəncələr altında saxlanılır.

Fəalın nədə ittiham edildiyi barədə hələlik dəqiq məlumat yoxdur.

K.İslaminin ailəsi iyul ayının 26-da Parsabad Məhkəməsinə müraciət edərək hakim tərəfindən fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin tapşırığı ilə vəsiqəni qəbul etməkdən imtina edib.

Bundan əvvəl fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarıb.

Fəalın dosyesinə baxan hakim onun ailə üzvlərinə bildirib ki, Kiyumərsin məhkəmə iclası gələn ay keçiriləcək və o vaxta qədər fəal azadlığa buraxılmayacaq. Ona görə də Kiyumərs İslami fəal aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, azərbaycanlı fəal Babək Qalası Qurultayı zamanı rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın